Avro-2024: Portuqaliya Türkiyəni üç cavabsız qolla məğlub edib

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya yığmaları arasındakı oyun başa çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Portuqaliya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 22-ci dəqiqədə Bernardo Silva açıb. Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olaraq fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 56-cı dəqiqədə Bruno Fernandeş müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Portuqaliya millisi 1/8 finala yüksəlib. Türkiyə isə 3 xalla ikinci pillədə qalıb.

Qrupun ilk oyununda Gürcüstan və Çexiya yığmaları 1:1 hesablı heç-heçə edib.

21:21

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasındakı oyunda üçüncü qol vurulub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, matçın 56-cı dəqiqəsində Kriştianu Ronaldonun ötürməsindən sonra Bruno Fernandeş topu türkiyəlilərin qapısından keçirib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

21:04

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilk yarıdan sonra Portuqaliya seçməsi 2:0 hesabı ilə qalib gəlir.

Qeyd edək ki, görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:50

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda birinci hissə başa çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, komandalar fasiləyə Portuqaliya seçməsinin 2:0 hesablı üstünlüyü ilə yollanıb.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:33

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda ikinci qol vurulub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşün 29-cu dəqiqəsində Türkiyə millisinin üzvü Samet Akaydın topu öz qapısına göndərib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:25

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda hesab açılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Portuqaliya seçməsinin heyətində Bernardo Silva 22-ci dəqiqədə fərqlənib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:00

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyun başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə