BOK-un qadağasına baxmayaraq..?

...İkiqat Olimpiya çempionu rusiyalı sərbəst güləşçi Əbdülrəşid Sadulayev 2024-cü il Olimpiadasının saytının üz qabığında görünüb. Rusiya və Amerika güləşçisi Kayl Snayderi əks etdirən fotoşəkil Paris Oyunlarının rəsmi resursunda güləş səhifəsini bəzəyir.

Xatırladaq ki, idmançı Beynəlxalq Olimpiya Komitəsinin 2024-cü il Olimpiya Oyunlarında neytral statusda iştirakına icazə verdiyi şəxslər arasında olmayıb.

Daha əvvəl məlum olmuşdu ki, Sadulayev xüsusi hərbi əməliyyata dəstək verdiyi və “Dinamo”ya məxsus olması ilə bağlı yayılan məlumatlara görə Bakıda keçiriləcək Avropa təsnifat turnirinə buraxılmayıb.

Onun 2024-cü il Avropa çempionatında iştirak etmək üçün Rumıniyaya daxil olması da qadağan edilib.

SİA xatırladır ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Rusiya güləşçiləri yarışlarda 10 nəfərlik komanda şəklində çıxış edə bilərlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə