AFFA Premyer Liqa klubunun sabiq məşqçisini cəzalandırıb

Ötən mövsüm “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş Xaqani Məmmədov cəzalandırılıb. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul edilib.

“Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə mütəxəssisə 2 il şərti cəza verilib.

Sınaq müddəti 24 ay təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə