AVRO-2024: Türkiyə hesabı açıb - YENİLƏNİR

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün daha iki oyun baş tutacaq.

Hər iki matç F qrupunda keçiriləcək. Əvvəlcə qardaş Türkiyə yığması ilə qonşumuz Gürcüstanın milli komandası üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Günün ikinci matçı isə Portuqaliya və Çexiya yığmaları arasında keçiriləcək. Oyun saat 23:00-da başlanacaq.

AVRO-2024
17 iyun
F qrupu

20:00. Türkiyə - Gürcüstan - 1:0 (Birinci hissə)
Qol: M. Müldür, 26
Baş hakim: Fakundo Telyo (Argentina)
Dortmund. "Siqnal İduna Park" stadionu

23:00. Portuqaliya - Çex Respublikası
Baş hakim: Marko Quida (İtaliya)
Leyptsiq. "Red Bull Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə