Avro-2024: Fransa millisi Avstriyanı avtoqolla məğlub edib

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib. SİA xəbər verir ki, D qrupunun ikinci matçında turnirin favoritlərindən hesab olunan Fransa millisi Avstriya yığması ilə qarşılaşıb.

Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə öz qapısından keçirdiyi top fransızlara minimal hesablı qələbə qazandırıb.

Bu qrupun ilk oyununda Niderland millisi Polşanı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə