Oyundan əvvəl İngiltərə azarkeşləri serblərə hücum edib...

...Almaniyanın Gelzenkirxen şəhərində 2024-cü il Avropa Futbol Çempionatı matçından əvvəl İngiltərə azarkeşləri serb azarkeşlərə hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Guardian xəbər verir.

İngilis fanatların serblərin olduğu bara hücum edərək onlara stul, butulka və əllərinə gələn hər şeyi atdıqları bildirilir.

200-ə yaxın alman təhlükəsizlik qüvvəsi dava yerinə gələndə xuliqanlar qaçıblar. Yerli mətbuatın məlumatına görə, toqquşma nəticəsində bir ingilis azarkeş və bir polis başından ağır xəsarət alıb.

Qətliamın bir neçə iştirakçısı həbs edilib.

...İyunun 16-da Moskva vaxtı ilə saat 22:00-da Gelzenkirxendə baş tutacaq İngiltərə və Serbiya milli komandaları arasında keçiriləcək qarşılaşma azarkeşlər arasında baş verə biləcək toqquşmalara görə daha əvvəl yerli polis tərəfindən yüksək riskli görüş kimi təsnif edilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə