Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub - YENİLƏNİR-FOTOLAR

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib. SİA xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunan tədbir bədii hissə ilə başlayıb.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiyası təqdim olunub.

Daha sonra Özbəkistan və Nigeriya kollektivləri arasında üçüncü və dördüncü yer uğrunda matç start götürüb.

Günün digər görüşündə isə Azərbaycan millisi həlledici oyunda Mərakeş seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatına iyunun 10-da start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə