“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

“Qəbələ” fransalı futbolçu Bilel Auaşeriya ilə vidalaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bölgə təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin yayından komandada çıxış edən legioner “qırmızı-qara” formada 42 matçda 6 qol vurub. Bilel Premyer Liqada 35 (6 qol), Azərbaycan kubokunda 5, avrokuboklarda 2 matçda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə