“Zirə” sabiq futbolçusunu transfer edib

“Zirə” komandası sabiq futbolçusunu transfer edib. Bakı klubunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, gürcüstanlı hücumçu Davit Volkovla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan D.Volkov 2020-2022-ci illərdə də paytaxtı təmsilçisinin şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah” klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə