"Atletik" klubu yarımmüdafiəçisi ilə müqavilə müddətini uzadıb

"Atletik" klubu yarımmüdafiəçisi ilə müqavilə müddətini uzadıb

İspaniyanın "Atletik" klubu yarımmüdafiəçi Ander Herrera ilə müqavilə müddətini uzadıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, "Mançester Yunayted" və PSJ-dəki çıxışları ilə tanınan 34 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2023/2024 mövsümündə Herrera "Atletik"in heyətində meydana çıxdığı bütün yarışlarda 27 oyun keçirib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə