Azərbaycanda Çövkən üzrə ilk dünya çempionatının açılış mərasimi keçirilib - FOTOLAR

Azərbaycanda Çövkən üzrə ilk dünya çempionatının açılış mərasimi keçirilib - FOTOLAR

Bu gün Azərbaycanda “Çövkən” üzrə ilk dəfə Dünya Çempionatının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, vitse-prezident Bəhruz Nəbiyev, federasiya rəsmiləri və idman nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ARAF-ın vitse-prezidenti Bəsirət Quliyev dünya üzrə II dəfə keçirilən “Çövkən” üzrə Dünya Çempionat haqqında danışıb. O bildirib ki, bu tədbir qədim və zəngin tarixə malik çövkən idman növünün dünyada tanıdılmasına doğru atılan uğurlu bir addımdır: “Beynəlxalq Çövkən Federasiyasının Azərbaycanda yaradılması bizim üçün çox əhəmiyətli hadisədir. 2024-cü ilin fevral ayında 19 ölkə federasiyanın yaradılmasını təsdiqləyib. Artıq federasiyaya daxil olan yeni üzvlərin sayı daha artıb. Bu, çövkənin daha çox tanınmasının və inkişafının göstəricisidir. Azərbaycan Respublikası Atçılıq Federasiyasının Peşəkar Çövkən Liqasının yaradılması bu idman ənənələrini qoruyub saxlamaqla yanaşı, yeni nəslin buna olan marağını artıracaq. Məqsədimiz tarixi və mədəni irsimiz olan çövkən ənənələrini davam etdirmək və beynəlxalq səviyyədə tanıtmaqdır. Bu çempionat sülh və dostluq notları ilə yadda qalacaq. Bu gün açılış mərasimi baş tutan çempionat çövkən idmanının daha geniş kütlələrə çatdırılması üçün böyük bir fürsətdir”.

Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev çövkən üzrə keçiriləm dünya çempionatının əhəmiyyətindən bəhs edib: “Çövkən idman növü ölkəmizin tarixi-irsi baxımındna mühim əhəmiyyət kəsb edir. Milli cinsin inkişafı, eyni zamanda qədim atüstü oyunlarımızın inkişafı naminə görülən addımlardır. Bu cür tədbirlər çövkən idman növünün inkişafına təkan verərək, populyarlaşmasına səbəb olur. Bütün idmançılara uğurlar arzulayıram. Ölkəmizdə keçirilən çövkən üzrə dünya çempionatını açıq elan edirəm”.

Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Sonra çempionatın iştirakçılarının paradı baş tutub.

Qeyd edək ki, “Çövkən” üzrə Dünya Çempionatının bağlanış mərasimi iyunun 16-da Binə Atçılıq Mərkəzində baş tutacaq.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə