"Yuventus"un mərkəz yarımmüdafiəçisi Adrien Rabyo hazırkı klubunda oynamağa davam etmək qərarına gəlib.
SİA Qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı oyunçunun Turin təmsilçisi ilə müqaviləsi bu ayın sonunda başa çatır. Lakin tərəflər son günlərdə aparılan danışıqlar fonunda bu müqaviləni uzatmağa yaxındırlar.
Rabyonun "Yuventus"la 2025-ci ilin yayına qədər yeni müqavilə imzalayacağı gözlənilir.
2023/24 mövsümündə Adrien Rabyo 35 oyuna çıxıb, 5 qol vurub və 3 qolun ötürməsini
verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB