Azərbaycanın amputant millisi son oyununda Niderlanda məğlub olub

Azərbaycanın amputant millisi son oyununda Niderlanda məğlub olub

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında sonuncu oyununa çıxıb. SİA-nın məlumatına görə, yığma 9-cu yer uğrunda qarşılaşmada Niderland kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Qeyd edək ki, qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib - 1:1. Komandamız ilk qələbəsini 9-16-cı yerlər uğrunda qarşılaşmada Yunanıstan millisi üzərində qazanıb - 2:1. Yığma 9-12-ci yerlər uğrunda matçda Şotlandiyanı eyni hesabla üstələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə