Mançester Yunayted”in vingeri Markus Reşford sürət həddini aşdığı üçün saxlanılıb. SİA xəbər verir ki, hadisənin dekabrın 12-də baş verdiyi, ancaq indi məlum olduğu vurğulanır. Bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Reşford “Rolls-Royce” markalı avtomobili idarə edərkən sürət həddi 70 m/saat olan yolda 112 km/saatla hərəkət edib. Saxlanılan zaman ingilis futbolçu sürət həddini aşdığını etiraf edib. Bununla belə, 26 yaşlı hücumçunun cəzalanıb-cəzalandırılmayacağı ilə bağlı qərar sentyabrda Mançester və Salford Crown Məhkəməsində veriləcək.
Bu hadisədən bir neçə ay əvvəl Reşford qəzaya düşmüşdü və nəticədə onun “Rolls-Royce” avtomobili ciddi ziyan görmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB