U-21 Slovakiya səfərində - YENİLƏNİR

Komandaların sınaq qarşılaşması Senec Məşq Mərkəzində reallaşacaq və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
U-21 Slovakiya səfərində - YENİLƏNİR

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yığmamız Slovakiya ilə qarşılaşacaq.

Komandaların sınaq qarşılaşması Senec Məşq Mərkəzində reallaşacaq və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, U-21 yığmamız iyunun 11-də Bolqarıstanla yoldaşlıq görüşündə üz-üzə gələcək. “Liv Bona Dea Arena”da təşkil olunacaq həmin matç saat 20:00-da start götürəcək.

Yoldaşlıq görüşü
7 iyun

20:30. Slovakiya – Azərbaycan
Senec Məşq Mərkəzi

Bütün xəbərlər Facebook səhifəmizdə