“Araz-Naxçıvan” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

“Araz-Naxçıvan” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

Növbəti mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində işləri davam etdirən “Araz-Naxçıvan” Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb. Klubdan SİA-ya verilən məlumata görə, Bosniya və herseqovinalı yarımmüdafiəçi qarşıdakı 1 ildə də Naxçıvan təmsilçisinin formasını geyinəcək.

O, ötən mövsüm də bu komandanın heyətində çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nunu Rodriges, İqor Ribeyru, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə