"Turan Tovuz" onunla müqavilə müddətini uzatdı

"Turan Tovuz" onunla müqavilə müddətini uzatdı

"Turan Tovuz" klubu müdafiəçi Şəhriyar Əliyevlə müqavilə müddətini uzadıb. SİA qərb təmsilçisinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə 1+1 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, komandanın kapitanlarından olan Ş.Əliyev tovuzluların heyətinə 2022-ci ildə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə