PSJ Mbappenin 80 milyonunu ödəmək istəmir

PSJ Mbappenin 80 milyonunu ödəmək istəmir

PSJ Kilian Mbappenin ötən aylardan qalan maaşını ödəməkdən imtina edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu məlumatı “L’Equipe” nəşri yayıb.

Parislilər aprel ayı, həmçinin fevral ayının ödənişini və eləcə də bonuslarını ödəməmək qərarına gəliblər. Onlar bu yolla futbolçunun “Real”a getməsini azad agent status formasında kompensasiya etmək istəyirlər.

Mbappe may ayı üçün də pul almayıb. Eyni şey yəqin ki, iyunun sonunda da olacaq. Ümumilikdə, PSJ 80 milyon avronu ödəmək istəmir.

Hazırda hər iki tərəfin vəkilləri məktub mübadiləsi aparır. Futbolçunun nümayəndələri ona lazım olan məbləği ödəməyi tələb edirlər, PSJ isə əksini iddia edir.

Tərəflər razılığa gələ bilməsələr, Fransa Peşəkar Futbol Liqasının (LFP) hüquq xidməti işə qarışa bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə