Azərbaycan millisi seçmə mərhələdə Türkiyəyə qalib gəlib

Azərbaycan millisi seçmə mərhələdə Türkiyəyə qalib gəlib

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

SİA xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda Türkiyə yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da oynanılan qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Nigar Mirzəliyeva imza atıb.

Mayın 31-də baş tutan ilk oyunda milli komanda səfərdə qardaş ölkəyə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qrup mərhələsinin ilk dörd turundan sonra Türkiyə seçməsinin aktivində 6, Azərbaycan yığmasında isə 4 xal var.

Bütün xəbərlər Facebook səhifəmizdə