Türkiyәnin qadınlardan ibarәn milli voleybol komandası ABŞ-də keçirilən FIVB Millətlər Liqasının (VNL) səkkizinci oyununda ABŞ-a qalib gəlib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Komanda Texas ştatının Arlinqton şəhərində baş tutan matçda rəqibini 3:2 hesabı ilə məğlub edib.
Belәliklә komanda VNL-dəki səkkizinci qarşılaşmasında altıncı qələbəsini qazanıb.
Türkiyə millisi FIVB Millətlər Liqasının (VNL) üçüncü həftəsi çərçivəsində 11-16 iyun tarixləri arasında Honkonqda baş tutacaq matçlarda Tailand, Dominikan Respublikası, Çin və Braziliya komandaları ilə üzləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB