Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının başlama tarixi

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının başlama tarixi

Kişi və qadınlar arasında çimərlik voleybolu üzrə Azərbaycan çempionatının başlama tarixi bəlli olub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turnirlər iyunun 25-28-də təşkil olunacaq.

Yarışlarda iştirak etmək istəyən klublar iyunun 21-dək qeydiyyatdan keçə bilərlər. Hər klub iki komanda ilə turnirə qatıla bilər.

Qeyd edək ki, çempionatın püşkatma mərasimi iyunun 23-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə