Sosial xidmət müəssisəsinin sakinləri Azərbaycan Kubokunun finalında meydana çıxıblar - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial xidmət müəssisəsində xidmət göstərilən uşaqlar "Qarabağ" və "Zirə" komandaları arasında ötən gün keçirilən Azərbaycan Kubokunun final oyununda qonaq olublar. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, açılış mərasimində hər iki komandanın oyunçuları əlilliyi müəyyən edilmiş uşaqların müşayiətilə meydana çıxıblar.
Müəssisə sakinlərinin köynəklərinin üzərində yazılan “uşaq gülərsə, dünya gülər” sloqanı final oyununa xüsusi rəngarənglik qatıb.
Sosial Xidmətlər Agentliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə ölkə kubokunun final oyununda uşaqların meydana çıxması həm də həssas əhali qruplarından olan şəxslərə qarşı cəmiyyətin diqqətinin artırılması, onların sosial reabilitasiyası və inteqrasiyasının təşkili məqsədinə xidmət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB