“Sevilya”da yeni baş məşqçi

“Sevilya”da yeni baş məşqçi

"Sevilya” yeni baş məşqçisinin adını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, komandaya Qarsiya Pimenta rəhbərlik edəcək.

O, bu vəzifədə Kike Sançes Floresi əvəzləyib. Pimenata 2022-2024-cü illərdə “Las-Palmas”ın baş məşqçisi olub. 49 yaşlı mütəxəssis məşqçilik karyerasına “Barselona”nın gənclər komandasında start verib.

Qeyd edək ki, “Sevilya” İspaniya Primerasında 2023-2024-cü illər mövsümünü 14-cü pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə