Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib. SİA xəbər verir ki, F qrupunda yer alan Elşad Quliyevin başçılıq etdiyi yığma Belçika seçməsi ilə qarşılaşıb.

Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Vüsal İsayev (2) və Samir Həmzəyev vurublar.

Azərbaycan millisi qrup mərhələsində növbəti oyunlarını iyunun 3-də İtaliyaya, bir gün sonra isə Fransaya qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəlki Avropa çempionatının qalibi məhz Azərbaycan yığması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə