Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
SİA xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda səfərdə Türkiyə yığması ilə üz-üzə gəlib. “Ərzincan 13 Şubat” stadionunda təşkil olunan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Ebru Topçu vurub.
Hazırda yığma 1 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB