Məşhur portuqaliyalı məşqçi Joze Mourinyonun “Fənərbaxça”nın baş məşqçisi olması ilə bağlı iddialar yayılıb. SİA “Sky Sport”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin İstanbul təmsilçisi ilə 2 illik razılığa gəldiyi bildirilib.
Xatırladaq ki, “Fənərbaxça”nın prezidentliyə namizədi Aziz Yıldırım daha əvvəl bu barədə Mourinyo ilə görüşdüyünü açıqlamışdı.
O, prezident seçilərsə, təcrübəli çalışdırıcını baş məşqçi olaraq gətirəcəyini demişdi.
Qeyd edək ki, “Fənərbaxça”da prezident seçkiləri iyunun 9-10-u tarixlərində keçiriləcək. Yalnız bundan sonra baş məşqçinin kimliyinə aydınlıq gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB