Azərbaycan klubu 5 əcnəbi voleybolçu ilə anlaşıb

Azərbaycan klubu 5 əcnəbi voleybolçu ilə anlaşıb

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Milli Aviasiya Akademiyası” voleybol komandası heyətini beş yeni voleybolçu ilə gücləndirib. SİA xəbər verir ki, Bakı təmsilçisi estoniyalı Rita Timonen, avstraliyalı Silvia Musel, çexiyalı Petra İndrova, ukraynalı Valeriya Parşina və monteneqrolu Daniyela Zakoviç ilə anlaşıb.

Qeyd edək ki, başa çatan mövsümü altı komanda arasında beşinci pillədə bitirən “Milli Aviasiya Akademiyası” daha əvvəl baş məşqçi Vüqar Əliyev ilə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə