Dünya Kubokunda Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib

Almaniyanın Münhen şəhərində keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib. SİA xəbər verir ki, mayın 31-dən iyunun 8-dək baş tutacaq yarışda Nigar Nəsirova və Ruslan Lunyov mübarizə aparacaq.

Qeyd edək ki, bu yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinq xalını qazanmaq baxımından son beynəlxalq turnirdir. İyunun 9-dək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyalarının sahibləri müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə