“Azərbaycan idmançıları dünya arenalarında ölkəmizi şərəflə təmsil edirlər“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan tarixən idman ölkəsi kimi tanınıb. Hətta Sovet İttifaqı dövründə ölkəmizdə bir çox idman növləri məşhurlaşıb, inkişaf edib. Bunlar əsasən milli idman növü olan güləş aiddir. Təbii ki, digər idman növləri də zaman-zaman inkişaf ediblər. Həmçinin o dövrlərdə qadınlardan ibarət voleybol, həndbol idman növləri də aktuallağını artırıb. Müstəqilliyimizi bərpa etdikdən sonra isə Ulu Öndər idman sahəsinin inkişafına xüsusi diqqət ayırır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, müstəqil Azərbaycanın ilk yaradılan nazirliyi də məhz Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi oldu: “Bu fakt özü Ulu Öndərin gəncliyə və idmana olan diqqətinin bariz nümunəsidir. Təbii olaraq Azərbaycan Prezidenti İlham Əliyev dünyada nadir dövlət başçılarından biridir ki, həm də Milli Olimpiya Komitəsinin də prezidentidir. Bu da ölkə başçısının idmana, sağlam həyat tərzinə, sağlam nəslin yetişdirilməsinə verdiyi önəmin göstəricilərindən biridir.

Bu gün Azərbaycan idmançıları dünya arenalarında ölkəmizi şərəflə təmsil edirlər. Son illər olimpiya oyunlarındakı nəticələrimiz, dünya Avropa çempionatlarında idmançılarımızın uğurları bizi dünyada, həm də bir idman ölkəsi kimi təsdiq edib. Biz dəfələrlə olimpiya oyunlarında bir çox inkişaf etmiş ölkələri medal sıralamasında geridə qoymuşuq. İdman növləri içərisində isə xüsusilə güləş milli idman növü kimi daha aktualdır. Son illərdə cüdo idman növü üzrə də gənclərimiz mühüm uğurlar qazanırlar. Federasiyaların yaradılması, onların nazirlik və MOK ilə birgə çalışması da ölkədə idman sahəsinin inkişafına öz təsirlərini göstərir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə