Azərbaycanın dünya çempionu təsnifat turnirində növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb. SİA xəbər verir ki, 92 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 finalda Marko Çaçiki (Xorvatiya) məğlub edib.

Dünya çempionu rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Dominqes 1/8 finalda Sanjit Sanjitlə (Hindistan) üz-üzə gələcək. Görüş mayın 31-də baş tutacaq.

Qeyd edək ki, bu gün Məhsəti Həmzəyeva (57 kq) da rinqə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə