"Fənərbağça" azarkeşləri "Qalatasaray"ın bazasını yandırıblar

"Fənərbağça" klubunun bir qrup azarkeşi "Qalatasaray"ın İstanbulun Kalamış məhəlləsindəki bazasını yandırıblar. SİA xəbər verir ki, baş verən hadisədən sonra bir neçə şəxs polis tərəfindən saxlanılıb.

İstanbul polisi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, yanğın tez bir zamanda söndürüldüyü üçün bazaya ciddi zərər dəyməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə