I Liqa və Əvəzedicilər Liqasının bombardirləri mükafatlandırılıb

Azərbaycanın I Liqasında və Əvəzedicilər Liqasında 2023/2024 mövsümünün bombardirlərinə xüsusi hədiyyələr təqdim olunub. Peşəkar Futbol Liqasından SİA-ya verilən məlumata görə, MOİK klubunun hücumçusu Elmir Rəhimzdə 17 qolla I Liqada, “Qəbələ-2”nin futbolçusu Sənan Ağalarov isə 30 qolla Əvəzedicilər Liqasında mövsümünün ən sərrast futbolçuları olublar.

Onlara mükafatları Peşəkar Futbol Liqasında qurumun prezidenti vəzifəsinin müvəqqəti icraçısı Elgiz Abbasov təqdim edib.

Qeyd edək ki, "Qəbələ-2" klubu mövsümü 85 xalla 2-ci pillədə bitirib. MOİK isə I Liqada 49 xalla üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə