"Bavariya"dan Kompani açıqlaması

"Bavariya"dan Kompani açıqlaması

"Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge belçikalı mütəxəssis Vinsent Kompaninin Münhen klubunun yeni baş məşqçisi olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, Kompani ilə danışıqların artıq son mərhələdə olduğunu söyləyib:

“Direktorumuz yeni baş məşqçi kimi Vinsent Kompanini seçmək qərarına gəlib. Biz yekun təfərrüatları tamamlamağa hazırıq. Sonra isə razılaşma rəsmi şəkildə elan olunacaq”.

Xatırladaq ki, daha əvvəl “Bavariya”nın sonn baş məşqçisi Tomas Tuhel olub. Komanda bu mövsüm Bundesliqanı 2-ci pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə