"Karyeramı “Real"da başa vuracağam, amma..."

"Karyeramı “Real"da başa vuracağam, amma..."

Karlo Ançelotti "Real"da məşqçilik karyerasını başa vuracağını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, italiyalı mütəxəssis “La Repubblica”ya müsahibəsində deyib:

"Futbol mürəkkəb və sadədir. Onu vəsvəsələrlə çətinləşdirməyə ehtiyac yoxdur. Vəsvəsələr xəstəlikdir. Xoşbəxtlikdən, bu, məndə yoxdur.

Karyeramı “Real"da başa vuracağam, amma əvvəlcə daha bir Çempionlar Liqasını qazanmaq istəyirəm”.

Qeyd edək ki, "Real" ÇL-in finalında Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə