"Aston Villa" Unay Emeri ilə yeni müqavilə imzaladı

"Aston Villa" Unay Emeri ilə yeni müqavilə imzaladı

"Aston Villa"nın baş məşqçisi Unay Emeri klubu ilə yeni müqavilə imzalayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İngiltərə komandasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, ispaniyalı mütəxəssislə yeni müqavilə 5 illikdir. Daha əvvəl, klub Emeri ilə müqavilənin müddətini uzatmaq üçün razılaşdıqlarını açıqlamışdı.

Xatırladaq ki, “Aston Villa”ya qədər Unay Emeri “Vilyarreal”da çalışıb və 2021/2022 mövsümündə Avropa Liqasının qalibi olub. Bundan əlavə, ispaniyalı "Sevilya" ilə bu turnirdə 3 dəfə qalib olub. Emeri PSJ-də də çalışıb və 2018/2019 mövsümündə Fransa çempionu olub. İki dəfə Fransa Kubokunu, iki dəfə Fransa Liqa Kubokunu və iki dəfə də Fransa Superkubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə