2023/2024 mövsümündə I Liqada çıxış edən "İmişli" və "Şamaxı" komandalarına Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya verilib. SİA xəbər verir ki, bu barədə AFFA-nın Lisenziya Komissiyası qərar qəbul edib.
“İrəvan”, “Qaradağ Lökbatan”, MOİK və “Zaqatala” isə müvafiq lisenziyanı ala bilməyiblər.
Qeyd edək ki, "Şamaxı" 57 xalla I Liqada çempion olub. 10 xal az toplayan "İmişli" dördüncü pillədə qərarlaşıb.
Beləliklə, "Şamaxı" növbəti mövsüm Azərbaycan Premyer Liqasında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB