Yaponiyanın Kobe şəhərində təşkil edilmiş dünya çempionatında iki qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva tarixi nəticəyə imza atıb. Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, dördüncü dəfə dünya çempionu olan L. Vəliyeva Azərbaycanın Paralimpiya tarixində bu titul sayına çatan ilk idmançı olub.
22 yaşlı para-atlet, həmçinin bu göstərici ilə Azərbaycanın müstəqillik illərində Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar arasında Rafael Ağayevdən (karate üzrə beşqat dünya çempionu) sonra üç dəfədən çox dünya çempionu olan növbəti idmançı adına yiyələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB