“Mançester Yunayted” İngiltərə Federasiya Kubokunun qalibi olub

“Mançester Yunayted” İngiltərə Federasiya Kubokunun qalibi olub

Futbol üzrə İngiltərə Federasiya Kubokunun qalibi bəlli olub.

SİA xəbər verir ki, finalda “Mançester Siti” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib. Görüş "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 30-cu dəqiqədə Alexandro Qarnaço açıb. Kobi Maino 39-cu dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 87-ci dəqiqədə Ceremi Doku müəyyənləşdirib.

Bununla da "Mançester Yunayted" tarixində 13-cü dəfə Federasiya Kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə