Qəbələdə keçiriləcək basketbol turnirinin iştirakçıları açıqlanıb

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin işirakçıları müəyyənləşib. Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda Azərbaycan, Polşa, İtalya, Portuqaliya, Rumıniya yığmaları ilə yanaşı, "Barcelona Panthers" (İspaniya),"Warsaw Lotto"(Polşa) və ölkəmizi təmsil edəcək yeni yaranmış "Baku Flames" klubları da iştirak edəcək.

Qeyd edək ki, Qəbələki yarış builki Dünya Qadın Seriyasının sayca 3-cü mərhələsi olacaq. Turnir 2-3 iyunda gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə