Boksçu Rayan Qarsiya diskvalifikasiya oluna bilər

Amerikalı boksçu Rayan Qarsiya dörd il müddətinə diskvalifikasiya oluna bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, buna səbəb idmançıdan götürlən dopinq nümunələrinin müsbət çıxmasıdır.

Daha əvvəl də R. Qarsiyanın iki dopinq testi müsbət nəticə verib.

Nəticələr təsdiqini tapsa, onun ötən ay həmyerlisi Devin Heynini məğlub etdiyi döyüşün nəticəsi də ləğv olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə