Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Vətənə qayıdıb. SİA-nın məlumatına görə, cüdoçunu daşıyan təyyarə saat 10:20-də Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Onu hava limanında yaxınları, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunub. Kotsoyevdən başqa, Hidayət Heydərov (73 kq) da dünya çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB