Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib. SİA xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya qalib gəlib.

Onun finaldakı rəqibi kanadalı Şadi Elnahas olacaq.

Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə