Azərbaycanın altı təmsilçisi Slovakiyadakı reqatata iştirak edəcək

Mayın 24-də Slovakiyanın paytaxtı Bratislavada yeniyetmələr arasında start götürək kayak və kanoe üzrə beynəlxalq reqatada Azərbaycan millisinin altı üzvü mübarizə aparacaq. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi ilə Amil Ramazanov, Əlimurad Hacızadə, Qiyas Əhmədov, Ceyhun Vəlixanov, Niyaz Məlikov və Paşa Əsgərov Bratislavada medal uğrunda yarışacaq.

Qeyd edək ki, turnir mayın 26-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə