"Məqsədim İbn Batutanın rekordunu təzələməkdir" - KARİM MOSTA

"Məqsədim İbn Batutanın rekordunu təzələməkdir" - KARİM MOSTA

"9 əsr əvvəl İbn Batutanın keçdiyi yolu yenidən fəth etmək istəyirəm". SİA xəbər verir ki, bu sözləri mərakeşli ultramarafonçu Karim Mosta deyib.

Onun sözlərinə görə, həm də ölkələri gəzmək əsas məqsədimdir: "Kasablankadan bura 106 gün ərzində gəlmişəm. Hər olduğum ölkədə çox yaxşı qarşılandım. Yolum uzandıqca insanlar daha çox təəccüblənir, daha gözəl qarşılanıram. Sərhədi Azərbaycana keçdiyim gündən yalnız yaxşı insanlarla qarşılaşıram. Hamı kömək etmək üçün can atır. Polis əməkdaşları bəzən saxlayıb yolu başa salır, hətta çay da təklif edirlər. İsmayıllıda bir gün qaldım. Orada velosiped muzeyində oldum, çox gözəl rayon idi. Dünən 124 km yol keçdim. O yol mənə bir az ağır gəldi. Bu gün sizinləyəm.

Cənab səfirin də bildirdiyi kimi Kasablanka Məkkə yolunu fəth etmişdim. Xəzər dənizini görmək arzum idi, gördüm. Bundan sonra Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Çinə də səfər edib, bu səyahətimi bitirəcəm. İndiyə kimi 145 ölkədə olmuşam. Məqsədim mərakeşli İbn Batutanın rekordunu təzələməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə