Azərbaycan şahmatçısı Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə qalib olub
Azərbaycan şahmatçısı Aqşin Əlizadə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən yarışda qalib olub. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, o, festivalın “Futures” turnirində birinci yeri tutub.
7,5 xal toplayan Əlizadə əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb. Turnirdə üçüncü yeri hesabında 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.
Şarjadakı “Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsusdur. O, 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB