Avropa çempionatında bu gün Azərbaycanın 6 güləşçisi mübarizə aparacaq

Azərbaycanın 6 güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatının dördüncü günündə mübarizə aparacaq. SİA xəbər verir ki, bu gün qadın güləşçilər döşək üzərinə çıxacaqlar.

Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıxova (72 kq) ilkin mərhələdən mübarizəyə başlayacaqlar. Şəhanə Nəzərova (50 kq) və Ruzanna Məmmədova (59 kq) isə təsəlliverici görüşə çıxacaqlar.

Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycan millisinin üzvləri 8 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə