Xavinin “Barselona”da qalıb-qalmayacağı hələ bəlli deyil..?

...“Barselona” hələ ki, Xavinin baş məşqçi postunda qalıb-qalmayacağı barədə yekun qərar verməyib.

“Barsa”nın səfərdə "Sevilya" ilə qarşılaşacağı İspaniya çempionatının son turundan sonra Xavi Joan Laporta, idman direktoru Deko və vitse-prezident Rafa Yuste ilə görüşə gedəcək.

SİA-nın əldə etdiyi məlumata görə, iclasda idman direktoru Deko məşqçinin ötən mövsümdə gördüyü işlərlə bağlı hesabat təqdim edəcək.

Və yalnız bundan sonra Xavinin “Barselona”da daha bir mövsüm qalıb-qalmayacağı ilə bağlı yekun qərar veriləcək. Qeyd olunur ki, bu, klubun direktorlar şurası tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, yanvarın 28-də Xavi mövsümün sonunda "Barselona"nın baş məşqçi postunu tərk edəcəyini açıqlamışdı.

Yeri gəlmişkən, bu sözləri ispan mütəxəssis La Liqanın 22-ci turunda "Vilyarreal"a məğlubiyyətdən (3:5) sonra demişdi.

Daha sonra "Barselona"nın prezidenti Joan Laporta Xavinin bu yay Kataloniya klubunu tərk etməyəcəyini rəsmən təsdiqləyib.

Bundan sonra mətbuatda məlumat yayıldı ki, Laporta baş məşqçi ilə əməkdaşlığı davam etdirməkdən imtina etmək imkanını nəzərdən keçirir.

Deməli, Xavi 2021-ci ilin noyabrından "Barselona"ya rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İspaniya çempionu və ölkə Superkubokunun qalibi olub.

Cari La Liqa mövsümündə Kataloniya klubu çempionatın gümüş medallarını təmin edib. Real Madrid 36-cı dəfə qızıl medal qazanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə