Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

“Şəki” basketbol komandası daha iki legioner oyunçu ilə yollarını ayırıb. SİA-nın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi amerikalı Kris Klark və nigeriyalı Solomon Arosanyin ilə vidalaşıb. Hər iki basketbolçu ilə başa çatan müqavilə müddəti uzadılmayıb.

Komanda nigeriyalı basketbolçular - Paul Dibal və Adebayo Oduleye ilə növbəti mövsüm də yoluna davam edəcək.

Qeyd edək ki, “Şəki” daha əvvəl ABŞ-dan olan Vanya Kinq və Simeus Vebster ilə vidalaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə