Bu gün Avropa Liqasının qalibi bəlli olacaq

Bu gün UEFA Avropa Liqasının finalı keçiriləcək. SİA xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində baş tutacaq matçda mövsümün qalibinin adına aydınlıq gələcək.

Final qarşılaşmasında İtaliyanın “Atalanta” və Almaniyanın “Bayer” (Leverkuzen) klubları qarşılaşacaq.

UEFA Avropa Liqası
Final
22 may

23:00. “Atalanta” (İtaliya) – “Bayer 04” (Almaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə