Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçiriləcək

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçiriləcək. SİA xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində “Xəzri” və “Sabah” klubları üz-üzə gələcəklər.

Qarşılaşma saat 19:30-da başlayacaq. Komandalar arasında reallaşan ilk dueldə "Xəzri" (95:70), ikinci görüşdə isə "Sabah" (94:63) qələbə qazanıb.

Qeyd edək ki, final seriyasında üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə